Qasırğa qurbanlarının sayı 877-yə çatıb

Haiti adasında "Metyu” qasırğasının qurbanlarının sayı 877 nəfərə çatıb.
 
Bu barədə xəbəri "Reuters” agentliyi yayıb.
 
Son dəfə ölənlərin sayının 842 nəfər olduğu açıqlanmışdı.
 
"Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.  
 
Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida, Cənubi Karolinada və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib./APA/

MediaFax