“Qoçu”lar yenidən iş başında - ŞİKAYƏT

Azərbaycan-Gürcüstan marşrutu üzrə şəxsi "Ford" mikroavtobusu ilə sərnişin daşıyan Abbasov Abbas saytımıza şikayət məktubu ünvanlayıb.
 
A. Abbasov bildirir ki, onun maşını qanunsuz olaraq cərimə meydançasına aparılıb:
 
"Sınıq Körpüyə çatan kimi bizi incitməyə başladılar. Avtobusda olan sərnişinlər maşından düşürülərək 1 kilometr məsafəni əllərində çanta daşıyaraq məntəqəyə getməyə məcbur oldular. Daha sonra mən gömrüyə yaxınlaşaraq Azərbaycan ərazisində avtomobili idarə etmək üçün 40, sərnişin daşınması üçün isə 50 ABŞ dolları ödədim. Bu bir həftə ərzində keçərli olur. Ödənişləri etdikdən sonra Bakıya gəldim, Lökbatana çatan kimi Nəqliyyat Nazirliyinin 3 maşını bizi mühasirəyə salıb maşını "Elit"in yanındakı cərimə meydançasına apardı. Baxmayaraq ki, bütün sənədlərim qaydasında idi. Onlar avtobusu sərnişinlərlə bir yerdə cərimə meydançasına aparmışdılar. Yalnız sərnişinlərin etirazından sonra başqa avtobus gətirilib sərnişinləri mənzil başına apardılar. Hazırda avtobus cərimə meydançasındadır. Əlaqədar qurumlardan xahiş edirəm ki, bu özbaşınalığın qarşısını alsınlar.”/moderator.az/

MediaFax