Qızlarının toyuna hazırlaşırdı, qismət olmadı... - Bakıda dəm qazı faciəsi

İsmayıllı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
 
Hadisə ötən gecə Bakı şəhərinin Binəqədi rayonunda qeydə alınıb.
 
İsmayıllı rayonu Aşağıbaş kənd sakini, 1971-ci il təvəllüdlü Qəniyev Azad Cavid oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən dəm qazından zəhərlənib. Dörd uşaq atası olan A. Qəniyevin zəhərlənməsindən ailə üzvləri gec xəbər tutub və o, köməksiz vəziyyətdə qalaraq dünyasını dəyişib.
 
A. Qəniyev Bakıda usta işləyib və nişanlı olan iki qız övladının bu yaxınlarda olacaq toy mərasiminə hazırlaşırmış. Onun meyiti bu gün yaşadığı İsmayıllı rayonuna gətirilib.
 
Faktla bağlı araşdırma aparılır.

MediaFax