17 yaşlı gənc qız atası tərəfindən dəhşətli işgəncəyə məruz qalıb.
17 yaşlı Monika Kruz "Snapchat” tətbiqetməsinin effektindən istifadə edərək it formasında şəklini yayımlayıb. Bununla da gənc qız atasının qəzəbinə tuş gəlib.
Qızını it qəfəsinə salan 42 yaşlı Rolando Kruz cəza vermək üçün ona 3 gün it yemi yedirdib və qabdan su içməyə məcbur edib.
Dəhşətli hadisənin üstü yalnız qızın nənəsi qəfildən evə gəldiyi zaman açılıb. Odalays Kruz oğlu telefonlara cavab vermədiyi üçün evinə gəlib, qızının və gəlininin evdə olmadığını görən qadın nəvəsini it qəfəsində aşkarlayıb. Gördüyü mənzərə qarşısında şoka düşən nənə dərhal polisə xəbər verib. Rolando Kruz həbs olunduqdan sonra gənc qız ailəsindən alınaraq nənəsinin himayəsinə verilib.
Yaşadığı hadisədən böyük sarsıntı keçirən Monika "ailəmin bir filtrə görə mənə bunları etdiyinə inana bilmirəm" deyib. Atası Rolando isə özünə haq qazandırıb: "Qızım it olmaq istədi, mən də ona it kimi davrandım”.
Sözügedən tətbiqetmə və effekt bir sıra məşhurlar tərəfindən də istifadə olunur./aznews.az/
MediaFax