Qiymətləri endirməyəcəyik - Bakıdakı marketlər

Son günlərdə dolların məzənnəsində aşağı düşmə müşahidə olunub.  
 
Bu proses hələ ki qiymətlərin kütləvi dəyişməsinə təsir etməyib. Dollar ucuzlaşarsa, qiymətlər düşə bilər?

Əməkdaşımız bu sualla super-marketlərə sorğu ünvanlayıb.

"Rahat market”in rəsmisi: "Onu deyim ki marketimizdəki qiymətlər bilavasitə firmaların və istehsalçı şirkətlərdən aldığımız malların qiymətindən asılıdır. Marketimizdə qiymət dəyişikliyinin edilib-edilməməsi barədə hazırda heç bir söz deyə bilmərik”.
 
"Neptun market”in rəsmisi: "Bizdə qiymətlər olduğu kimi qalır. Heç bir dəyişiklik yoxdur”.
 
Əlaqə saxladığımız digər iri marketlərdən qiymətləri endirmək haqda düşünmədiklərini bildirdilər./modern.az/

MediaFax