Qiyamçılar polis maşınına od vurdular - Video

Yerevanda post-patrul alayının binasını zəbt etmiş silahlı qrup polis maşınını yandırıb.

Virtualaz.org-un verdiyi xəbərə görə, bunu qiyamçlarla hökumət arasında vasitəçilik edən Vitali Balasanyan deyib.

"Onlar alayın ərazisində avtomobil yandırdılar, buna baxmayaraq, dövlət orqanları silahı yerə qoyana qədər danışıqları davam etdirəcək”, - deyə Balasanyan yerli mediaya bildirib.

Məlumata görə, alayın ərazisində polisə məxsus çoxlu silah-sursat, xüsusi avadanlıq və avtomobillər var.

Bu arada silahlı qrupun üzvləri Balasanyanın vasitəçiliyindən imtina ediblər. Bildiriblər ki, bundan sonra onların maraqlarını 90-cı illərdə Qarabağ müharibəsində Sisyan alayının komandiri olmuş Aşot Minasyan təmsil edəcək.

Hazırda qiyamçıların zəbt etdikləri polkun yanında onlara dəstək mitinqi keçirilir.

"Təsis Məclisi”nin üzvü Alek Ynigomşyan mitinqdə bildirib ki, alayın ərazisində rabitə, elektrik enerjisi kəsilib, qida yoxdur. Ərazidə yaralı var, amma ona tibbi yardım göstərilmir.

"Məhz bu münasibətə etiraz olaraq, silahlılar alayın ərazisindəki polis maşınlarından birini yandırıblar”, -deyə Yenigomşyan bildirib.

 
MediaFax