QHT rəhbərinin faciəvi ölümü

Dünən axşam saatlarında Uşaq Hüquqları Üzrə Azərbaycan QHT Alyansının sədri, Hüquq Dünyası Hüquqi Təbliğat İctimai Birliyinin rəhbəri Nazir Quliyev Beyləqan rayonu ərazisində avtomobil qəzasına düşərək dünyasını dəyişib.
 
Əldə etdiyimiz məlumata görə, Nazir Quliyev sərt döngədə idarə etdiyi avtomaşımı aşırıb və aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Hadisə zamanı onun avtomobilində olan həyat yoldaşı və uşaqları heç bir xəsarət almayıblar. Nazir Quliyev 1975-ci ildə Beyləqan rayonunda anadan olub. 2 azyaşlı uşaq atası idi./virtualaz.org/

MediaFax