Qəzaya düşən hər üç şəxsə eyni diaqnoz qoyuldu

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə bu gün günorta saatlarında rayonunun Beşdam kəndi ərazisində qeydə alınıb. "Kia” markalı maşının aşması nəticəsində 3 nəfər xəsarət alıb. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlar 1965-ci il təvəllüdlü Tağıyeva İlahə Abdulla qızı, onun övladları 1994-cü il təvəllüdlü Atamoğlanov Rzaxan Nadir oğlu və 1992-ci il təvəllüdlü Orxandır.
 
Hər üç şəxsə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarının küt travması diaqnozu qoyulub.
 
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır./APA/

MediaFax