Cəlilabad rayonunda zəncirvari yol qəzası baş verib.
Qəzanın görüntüləri yol kənarında yerləşən dükanın müşahidə kameralarına anbaan düşüb.
Bakı istiqamətində hərəkətdə olan "NAZ-Lifan” markalı avtomobilin sürücüsü Biləsuvar rayon sakini 49 yaşlı Mirzə Məmmədov idarəetməni itirərək nəqliyyat vasitəsini yolun solunda yerləşən dükanın qarşısında olan 3 avtomobilə çırpıb.
Hərəkətsiz olan iki Vaz 2106 və bir Vaz 2107 markalı üç maşın yararsız vəziyyətə düşüb. Xoşbəxtlikdən avtomobillərdə sərnişin olmadığından xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./ARB/
MediaFax