Qərb liderlikdən imtina edir

Hazırkı beynəlxalq münasibətləri geosiyasi durğunluq kimi xarakterizə etmək olar.

Bu sözlər Münhen təhlükəsizlik konfransı ekspertlərinin hazırladıqları "Post-həqiqət, post-qərb, post-nizam” hesabatında yer alıb. Hesabatda həmçinin Münhen təhlükəsizlik konfransının sədri Volfanq İşingerin fikirlərinə də yer verilib:

"Hazırda beynəlxalq təhlükəsizlik məsələlərində vəziyyət İkinci Dünya müharibəsindən bu yana ən gərgin hala çatıb. Hazırda dünyada birtərəfli və hətta millətçi siyasət populyarlaşır”.

Hesabat müəllifləri Qərbin artıq əsas hərəkətverici qüvvə olmaqdan uzaqlaşdığını bildiriblər:

"Hazırkı beynəlxalq münasibətləri geosiyasi durğunluq adlandırmaq olar. Qərb insanlığın əsas hərəkətverici qüvvəsi olmaqdan imtina edir. Bu isə post-qərb dünyasının formalaşmasına şərait yaradır. Qərb demokratiyalarının və beynəlxalq təşkilatların zəifləməsi qeyri-liberal xəttin güclənməsi ilə əlaqədardır. Bu qeyri-liberal güclər qloballaşmadan kifayət qədər fayda götürüblər və hələ də dünya nizamının bir sıra elementlərinə etiraz edirlər. Qərb zəiflik ardınca zəiflik nümayiş etdirir. Qərb məmurları fəxrlə Suriya böhranının hərbi həllinin olmadığını təkrar etdikləri dövr ərzində Rusiya, Türkiyə və onların müttəfiqləri böhranı uğurla həll etməyə başlayırlar. 6 illik müharibə ərzində dünya ictimaiyyəti bir addım da olsun konfliktin siyasi həllinə yaxınlaşmayıb”./axar.az/

MediaFax