2011-ci ildə qətlə yetirilən Liviyanın sabiq lideri Müəmmər Qəddafinin ölümündən sonra 168 milyard dollar varidatı qaldığı iddia edilir.
Hətta ABŞ-ın aidiyyəti orqanları guya həmin pulları Liviya xalqına qaytarmaq məqsədilə uzunmüddətli araşdırmalar aparıblar. BMT-nin qanunlarına görə, qətlə yetirilən diktatorlara aid sərvət ondan sonrakı hakimiyyətə təhvil verilməlidir. Odur ki, 2011-ci ildə Qəddafi rejiminin süqutundan sonra Liviyada qurulan keçid hökuməti başda ABŞ və İngiltərə olmaqla bir çox ölkələrə bununla bağlı sorğu göndərib.
Hökumətin ehtimallarına görə, Qəddafinin bu məbləğdəki milyardları aşağıdakı xarici ölkələrə daşınıb:
ABŞ - 31 milyard dollar;
Fransa -17 milyard dollar;
İngiltərə - 13 milyard dollar;
İsveçrə - 12 milyard dollar;
İtaliya - 11 milyard dollar;
Hollandiya və Kanada - hər ikisində 8 milyard dollar;
Almaniya -7 milyard dollar;
Avstraliya və Dubay – hər ikisində 5 milyard dollar.
Qeyd edək ki, Liviyanın yeni hökuməti aşkar edilən və dondurulan vəsaitlərdən heç birini bu vaxta qədər geri ala bilməyib./moderator.az/
MediaFax