Rusiya Liviyada güclü hökumətin qurulmasında maraqlıdır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.
"Biz xaricdən olan barbar müdaxiləsindən sonra Liviyada yaranmış vəziyyətin düzəlməsində maraqlıyıq. Bu müdaxilə Liviya dövlətinin mövcudluğu baxımından fəlakətli nəticələrə səbəb oldu”, – deyə o bildirib.
Qeyd edək ki, Liviyanın baş naziri Faiz Sarac sabah Rusiyaya səfər edəcək.
2011-ci ildə baş verən üsyan zamanı Liviyada hakimiyyət çevrilişi olub. NATO ölkələrindən güclü dəstək alan üsyançılar o zamankı Liviya lideri Müəmmər Qəddafinin hakimiyyətinə son veriblər. Sonradan Qəddafi ağır işgəncələrlə qətlə yetirilib. Qəddafidən sonra Liviyada sabitlik hökm sürməyib. Ölkədə indi də vətəndaş müharibəsi gedir./axar.az/
MediaFax