Qazaxıstan vergidən imtina etdi

Qazaxıstan hökuməti vergi haqqında yeni qərar qəbul edib.

BakiPost.az xəbər verir ki, bu haqda Qazaxıstanın baş naziri Bakıtcan Sagintayev Kazinform-a məlumat verib. Onun sözlərinə görə, hökumət satış vergisindən imtina etməyə hazırlaşır. Baş nazir bildirib ki, uzun zamandır ki, bu barədə müzakirələr aparılır: "İlin əvvəlindən Qazaxıstanda satış vergisinin lazımsız olduğunu və əhalinin vəziyyətinin ağırlaşmaması üçün bu barədə yeni addımların atılmasını düşünsək də nəhayət ki, ilin sonunda da olsa həmkarlarımla ortaq bir məxrəcə gələ bildik ”.

Bakıtcan Sagintayev Qazaxıstanın vergi sistemində radikal dəyişikliklər olacağını da qeyd edib.

Məlumat üçün bildirək ki, sabiq prezident Nursultan Nazarbayev 2015-ci ilin mayında keçirilən hökumət iclasında satış vergisi əvəzinə Əlavə Dəyər Vergisinin tətbiq olunacağını bəyan etmişdi.

MediaFax