Qaynar xəttə niyə zəng çatmır?

"Azəristiliktəchizat” ASC artıq qış mövsümünə keçsə də, istiliklə bağlı problemlər hələ də bitmək bilmir.
 
Sakinlər bu dəfə də qurumun qaynar xəttinə düşə bilmədiklərini deyirlər. Biz də həm qaynar xətt, həm də rəsmi səhifədə qeyd olunan əlaqə nömrələrinə dəfələrlə zəng vursaq da, əlaqə saxlamaq mümkün olmayıb.

Məsələylə bağlı "Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyevlə əlaqə saxladıq. R. Əliyev bildirib ki, hazırda 956 nömrəli qaynar xətt fəaliyyət göstərir:

"Artıq bir müddətdir ki, qaynar xətt fəaliyyət göstərir və sakinlər həmin nömrə ilə əlaqə saxlaya bilərlər. Hazırda elə bir ciddi problem qalmayıb. Ancaq bəzi yerlərdə bizdən asılı olmayan səbəblərdən lokal problemlər qalıb. Bu kimi hallarda da müraciət edirik, həll olunur. Noyabrın 20-nə kimi müraciətlərin çox olacağı onsuz da, gözlənilən idi. Məsələn biri yayda təmir işləri görüb, xətt aşağıdan bağlanıb. Bu kimi halların olması normaldır. Ancaq haradasa qazanxananın işləməməsi kimi bir problem yoxdur. Artıq dünəndən göstəriş verilib ki, temperatur qaldırılsın və qazanxanalar tam rejimə keçsin”./qafqazinfo.az/

MediaFax