Qaynanası tərəfindən döyülən hamilə qadınla bağlı - Açıqlama

3 saylı Şəhər Klinik Xəstəxanasının Ginekologiya şöbəsi qaynanası tərəfindən hamilə qadının döyülməsinə aydınlıq gətirib.

Şöbənin baş həkimi saytımıza açıqlamasında bildirib ki, İnci Əliquliyeva xəstəxanada deyil, yaşadığı evində döyülüb: 

"İnci bizim xəstəxanada qeydiyyatdadır. O,bizə müraciət elədi və qaynanası tərəfindən döyüldüyünü bildirib. Biz də onu müayinə etdik. Bir neçə yerdən travma alıb.”

Həkim məsələnin hüquq mühafizə orqanları tərəfindən araşdırıldığını dedi./aznews.az/

MediaFax