İsmayıllı rayonunda qohumlar arasında baş verən münaqişə ölümlə nəticələnib.
Bu gün saat 17.00 radələrində rayonun Quşencə kəndində kürəkən qayınatasına bıçaqla ağır xəsarətlər yetirərək, onu amansızlıqla qətlə yetirib. Ölən şəxsin meyiti Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxsin adını hələlik dəqiqləşdirmək mümkün olmayıb.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
X X X
İsmayıllı rayonunda qayınatasını öldürən kürəkən tutulub.
Bu gün saat 17:00 radələrində İsmayıllı şəhər sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tural İmran oğlu ailə münaqişəsi zəminində baş verən dava zamanı rayonun Quşencə kəndində yaşayan qayınatası, 1974-cü il təvəllüdlü Kərimov Roman Novruz oğluna bıçaqla bir neçə dəfə zərbə vurub.
Hadisə yerinə gələn həkimlər Roman Kərimova ilkin tibbi yardım göstərsələr də, onu xilas etmək mümkün olmayıb.
R. Kərimovun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə aparılıb.
Hadisəni törədən Tural Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa.az/