Qatil polis 3 gün əvvəl də orada olub

Rusiyanın Türkiyədəki səfirini qətlə yetirən polis əməkdaşı Mərt Altıntaş cinayəti törətməzdən 3 gün əvvəl də həmin sərgiyə gəlibmiş.
 
Sozcu.com.tr-nin xəbərinə görə, bu barədə səfirin sui-qəsdə uğradığı sərginin təşkilatçısı Timur Özkan məlumat verib.

O bildirib ki, sərginin əməkdaşları qatil polisi 3 gün əvvəl də orada görüblər. Onun sözlərinə görə, M.Altıntaş qətldən 3 gün əvvəl də eyni kostyumda və polis vəsiqəsi ilə içəri girib. Təşkilatçılar onun sərgi keçirilən zalı öyrənmək üçün gəldiyini, yoxsa səfirin sərgiyə gələcəyi tarixi qarışdırdığını bilmirlər./lent.az/

MediaFax