Madrid "Real”ının futbolçusu Qaret Beyl zədəsini sağaldıb.
Bu barədə komandanın baş məşqçisi Zinəddin Zidan İspaniya mətbuatına açıqlama verib.
O, uelsi futbolçunun La Liqanın 23-cü turunda bu gün "Espanyol”la keçirilək oyunda meydana çıxacağını deyib: "Bu gün Beyli meydanda görə biləcəksiniz. Ancaq onun start heyətdə və ya oyuna sonradan daxil olacağını deyə bilmərəm".
Qeyd edək ki, Beyl ötən ilin noyabrında zədə aldığı üçün yaşıl meydanlardan uzaq düşüb./qol.az/
MediaFax