Avqustun 21-də Bakının Binəqədi qəsəbəsində qətl törədilib.
Qəsəbədə yaşayan Əfsanə Məmmədovanın evində tanışı - Gədəbəy rayon sakini Fidani İsmayılov münaqişə zəminində Əfsanəyə və onun qardaşı Anara bıçaqla xəsarət yetirib, hadisə yerini tərk edib. Nəticədə Anar hadisə yerində ölüb, Ə. Məmmədova isə xəstəxanaya yerləşdirilib.
Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F. İsmayılov tutulub.
MediaFax