Qardaşından Obamaya xəyanət

ABŞ Prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyəcəyini deyib.
 
Axar.az xəbər verir ki, Malik Obama bunun üçün Las-Veqasda namizədlərin debatlarını izləməyə gedəcək.
 
Prezidentin qardaşı bildirib ki, o, Trampın ətrafında baş verən qalmaqallara inanmır.
 
"Mən debatlarda iştirak edəcəyim üçün çox şadam. Tramp Amerikanı yenidən böyük edə bilər”, - Malik Obama deyib.
 
Donald Tramp da Obamanın qardaşının fikirlərinə biganə yanaşmayıb. Bildirib ki, Maliklə görüşü səbirsizliklə gözləyir.

MediaFax