Qardaş ölkədə terrorçular polis kollecinə hücum edib - 59 ölü, 100 yaralı...

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) naməlum silahlılar polis kollecinə hücum edərək 200 kursantı girov götürüblər.

Mediafax.Az dünya mediasına istinadən xəbər verir ki, girovların azad edilməsi üçün keçirilən əməliyyat zamanı ölənlərin sayı 59-a çatıb, kollecin 100-dək tələbəsi yaralanıb.

"Hücum "şəhid kəməri” ilə silahlanmış 3 terrorçu tərəfindən həyata keçirilib. Onlardan ikisi partlayıcı qurğunu işə salıb. Daha bir terrorçunu hərbçilər məhv edib. Əldə etdiyimiz məlumata görə, hücum zamanı silahlılar daim Əfqanıstandakı təlimatçıları ilə əlaqədə olublar”, deyə Pakistan ordusunun nümayəndəsi bildirib.





MediaFax