PKK Türkiyədə daha bir terror törətdi: 3 ölü, 100-dən çox yaralı - Yenilənib

09:17

Türkiyədə növbəti terror aktı törədilib.

"Qafqazinfo” türk mətbuatına istinadən xəbər verir ki, Van vilayətinin İskele prospektində yerləşən polis şöbəsinin qarşısında güclü partlayış baş verib. Hadisə nəticəsində çoxlu yaralının olduğu bildirilir.

Əraziyə çoxsaylı təcili tibbi yardım avtomobilləri cəlb olunub.

***

Partlayış nəticəsində çoxu mülki vətəndaş olmaqla 20 nəfər xəsarət alıb.

***

Terror aktı nəticəsində 3 nəfər ölüb, 2-si polis olmaqla 40 nəfər yaralanıb.
 
--------- 
11:36 
 
Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bu gün səhər partlayışın PKK terrorçuları tərəfindən törədildiyi açıqlanıb.
 
APA-nın "Hüriyyet" qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular bompa yüklənmiş avtomobili partladıblar. Partlayışdan sonra atışma baş verib.
 
İlkin məlumata görə, partlayış nəticəsində 3 nəfər həlak olub, 100-dən çox yaralı var.

---------------
Fotolar: 09:17
 






MediaFax