"Qarabağ”ın Avropa Liqasındakı rəqibi "Slovan” ciddi itki ilə üzləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, hücumçu Milan Baroş Çexiya çempionatının XIV turunda "Yablonets”lə qarşılaşmada zədələnib.
"Yablonets”in 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Baroş cəmi 5 dəqiqə meydanda qala bilib. Belə ki, 5-ci dəqiqədə ayağından xəsarət alan ulduz futbolçu mübarizəni davam etdirə bilməyib və əvəzlənib. Tibbi müayinə zamanı 35 yaşlı forvardın topuq əzələsində problem olduğu aşkarlanıb. Onun Avroliqanın V turunda "Qarabağ”la keçiriləcək oyunda iştirakı sual altına düşüb.
Qeyd edək ki, "Slovan” – "Qarabağ” matçı noyabrın 24-də Liberetsdə keçiriləcək.
MediaFax