“Qarabağ”a gəlir gətirdi

UEFA ötən il Fransada keçirilən Avropa çempionatında iştirak edən futbolçuların klublarına mükafat ayırıb.

Qitə futbol qurumu 641 kluba ödəniş edildiyini açıqlayıb. UEFA-nın ayırdığı puldan "Qarabağ”a da pay düşüb. Çünki Ağdam təmsilçisinin müdafiəçisi Ansi Aqolli Avropa çempionatında Albaniya yığmasının formasını geyinib.

Qitə futbol qurumu 641 klub üçün 150 milyon avro ayırıb. Seçmə mərhələdə çıxış edən futbolçuların klublarına 50, final mərhələsində oynayan oyunçuların komandaları üçün 100 milyon avro bölüşdürülüb.

UEFA bu gün məbləğin klublar arasında bölündüyün açıqlayıb.

Məsələ ilə bağlı danışan qurumun prezidenti Aleksandr Ceferin bunları deyib: "Mən çox şadam ki, klubların hesabına maliyyə yardımı göstərməyə qadirik. Ümid edirik ki, növbəti Avropa çempionatında da bunu edə biləcəyik".

2020-ci Avropa çempionatı üçün mükafat fondu 200 milyon avroya yüksələcək.

Mükafat qazanan Azərbaycan klubları aşağıda adları qeyd olunanlarıdr:

"Qarabağ” - 365 min 645 avro
"Qəbələ" ikinci – 152 min 806 avro
"Neftçi” - 128 min 899 avro
"Xəzər Lənkəran" - 120 min 583 avro
"İnter" - 112 min 713 avro
"Sumqayıt" - 24 min 948 avro
"Kəpəz" - 16 min 632 avro
"Zirə" - 8 min 316 avro
AZAL - 4 min 606 avro

UEFA-dan ən çox vəsait alan klublar aşağıdakılardır:

Yuventus - 3,5 milyon avro
Liverpul - 3,3 milyon avro
Tottenhem - 3,1 milyon avro
Mançester Yunayted - 2,9 milyon avro
Bavariya - 2,8 milyon avro
Real - 2,5 milyon avro
Arsenal - 2,4 milyon avro
Barselona - 2,3 milyon avro
Roma - 2,1 milyon avro
Sauthempton - 2 milyon avro/qafqazinfo.az/

MediaFax