“Qarabağ” və “Qəbələ” Avroliqanın qrup mərhələsində

Azərbaycanın  "Qarabağ” və "Qəbələ” futbol klubları Avropa Liqasında qrup mərhələsinə yüksəlib.
 
Dünən UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilib.
 
Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları "Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib.
 
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən "Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində "Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. "Qarabağ”-"Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.
 
Avropa Liqasında mübarizəni davam etdirən digər təmsilçimiz "Qəbələ” ilk matçda öz meydanında "Maribor”a 3:1 hesabı ilə qalib gələrək səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmələri 0:1 hesabı ilə məğlub olaraq üstünlüyü əldə saxlayıblar və ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək hüququ qazanıblar.  
 
Qeyd edək ki, "Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub. "Qəbələ” isə ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşüb.Azərbaycanın  "Qarabağ” və "Qəbələ” futbol klubları Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilir.
 
Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları "Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib.
 
Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən "Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində "Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. "Qarabağ”-"Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsində Ağdam klubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.
 
Avropa Liqasında mübarizəni davam etdirən digər təmsilçimiz "Qəbələ” ilk matçda öz meydanında "Maribor”a 3:1 hesabı ilə qalib gələrək səfərə üstünlüklə yollanıb. Roman Qriqorçukun yetirmələri 0:1 hesabı ilə məğlub olaraq üstünlüyü əldə saxlayıblar və ardıcıl ikinci dəfə əsas mərhələdə çıxış etmək hüququ qazanıblar.  
 
Qeyd edək ki, "Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub. "Qəbələ” isə ardıcıl iki dəfə 4 mərhələ adlamaqla tarixə düşüb./apasport.az/

MediaFax