Qarabağ separatçılarının lideri Bako Saakyan ABŞ-ın yeni prezidenti Donald Trampa yarınmaq üçün məktub yazıb.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, məktubda separatçı qurum lideri Trampı prezident seçilməsi münasibətilə təbrik edib və Qarabağ münaqişəsinin həllində ondan yardım istəyib.
"Qarabağ xalqı Amerikanı dost ölkə kimi qəbul edir” - deyə Trampa yaltaqlanan Saakyan rəsmi Vaşinqtonun onlara illik maliyyə yardımı ayırmasına ümid etdiyi də yazıb.
MediaFax