Qarabağ əlili dörd gündür aclıq aksiyası keçirir
QAZİLER.AZ saytı xəbər verir ki, İmişli rayon sakini, ikinci qrup Qarabağ əlili Səməd Həsənov aclıq aksiyası keçirir. İmişli rayon icra hakimiyyətinin onu aldatmasına etiraz olaraq aksiya keçirən Qarabağ lili özü bu barədə sayta məlumat verib.
"Dörd il əvvəl İmişli rayonundakı işləyən çayxanamı sökdülər ki, burada Heydər Əliyev mərkəzi tikiləcək. Amma sonradan orada şadlıq evi tikdilər. Cəmi iki min manat pul verib, məni aldatdılar. İndi icra hakimi Vilyam Hacıyev deyir ki, sənə sözü əvvəlki icra başçısı verib, get ondan tələb elə. O çayxanamı tikdirmək üçün böyük məbləğdə kredit götürmüşdüm. İndi qalmışam belə, kreditimi ödəyə bilmirəm, dolana bilmirəm. Evimi də satmışam. Bütün bunlara etiraz əlaməti olaraq dörd gündür aclıq aksiyası keçirirəm.”
Bu gün halı pisləşib, həkim ona baş çəkib. Təzyiqi 80-ın 40-a olub!
MediaFax