Ötən həftə Qara dənizdə qəzaya düşən Tu-154 təyyarəsinin "qara qutu”su açılıb, pilotların son sözləri məlum olub.
"Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, ekspertlərin araşdırdığı səs yazılarında pilotların danışığı söyüşlə yarıda kəsilir. Təyyarənin düşdüyünü bildirən pilotlar "Qanadlar! Komandir, düşürük”,- deyirlər.
Xatırladaq ki, Rusiyadan Suriyaya uçan TU-154 təyyarəsi bazar günü Qara dənizdə qəzaya düşüb. Təyyarədə olan 92 sərnişin və heyət üzvləri həlak olublar.
MediaFax