“Qara bazar”da dolların qiyməti düşdü

Valyuta hərracında dolların qalxmasına baxmayaraq, "qara bazar”da dolların ucuzlaşdığı bildirilir.

Bəzi alverçilər dolları 1.88 manata almağa və 1.90 manata satmağa başlayıblar. "Qara bazar”da 1.94 manatadək qalxmış dollar, bundan əvvəl 1.9150 manata düşmüşdü.

"Qara bazar”da dolların ucuzlaşmasının qorxu ilə əlaqədar olduğu bildirilir. Dollar alan və satanların cərimələnməsi və həbs edilməsi "qara bazarı” zəiflədib.

Xəbər verdiyimiz kimi, 29 dekabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir. Hərrac 1 ABŞ dolları üçün 1,7662 məzənnəsi ilə başlamış və 1,7707 məzənnəsi ilə yekunlaşmışdır./marja.az/

MediaFax