“Qara bazar” bankları çətinə salıb - Dollar alveri

Banklar "qara bazar”a görə əhali və şirkətlərdən dollar ala bilmirlər.

Bankların birinin kassiri bildirdi ki, satış üçün dolların olmamasının bir səbəbi də "qara bazar”dır.

"Qara bazarı”ın alış məzənnəsi bankların alış məzənnəsindən yüksək olduğundan əhali və şirkətlər valyutasını "qara bazar”da satırlar. Banklar da dollar ala bilmədiklərindən satış olmur. Dollarımız olarsa satarıq. Çünki bizim manata da ehtiyacımız böyükdür”.

Qeyd edək ki, banklar valyutanı Mərkəzi Bankın rəsmi məzənnəsindən maksimum 4% yüksək qiymətə də ala bilərlər. Amma bunu bəzən edə bilmirlər, çünki satış qiyməti də rəsmi məzənnədən 4%-dən çox ola bilməz. Buna görə, bankların alış qiyməti rəsmi məzənnədən 2-3% yüksək olur. "Qara bazar”da fərq isə 6%-ədək çıxır.
Bu gün banklarda dolların ən aşağı alış qiyməti əsasən 1.78-1.79 manatdır. Bir neçə bank 1.80 manatdan da alır.  "Qara bazar”da isə dolların alış qiyməti 1.80-1.81 manat, satış qiyməti 1.83 manatdır.

Bir çoxları iddia edirlər ki, "qara bazar”da dollar alıb satanlar bankların adamlarıdır.

MediaFax