Qar uçqununda 4 nəfər öldü - 15 yaralı var

İranın Qərbi Azərbaycan əyalətində qar uçqunu olub.
 
Bunu Qərbi Azərbaycan əyalətinin təcili tibbi yardım xidmətinin rəhbəri bildirib.
 
Hadisə Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərinin Bivaran kəndində baş verib. Qar uçqunu nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər itkin düşüb.
 
Ümumilikdə 15 nəfər xəsarət alıb, 6 nəfər xəstəxanaya yerləşdirilib.  
 
Xilasetmə işləri davam etdirilir./APA/

MediaFax