Çətinliklər yalnız magistral yollarda yaşanmır.
Elə rayon mərkəzlərində, kəndlərində də qar yağışı yaratdığı gözəl mənzərə ilə yanaşı, müəyyən problemlər də qaçılmaz olur. Bölgəmizdə həmin problemlər hansı dərəcədə yaşanıb, çətinliklərin aradan qaldırılması üçün hansı addımlar atılıb?
Qarlı hava şəraiti Şəkininin avtomobil yollarında hərəkətin intensivliyinə öz təsirini göstərib. Şəhər ərazisində qarın hündürlüyü 30, dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində isə 45 sm-dən artıqdır. Yaranmış vəziyyətlə əlaqədar şəhər təsərrüfatı tərəfindən qarın yaratdığı çətinliklər aradan qaldırılır.
Qaxda yağan qarın hündürlüyü şəhər ərazisində və kəndlərdə 10-15 sm, dağlıq ərazilərində isə 50-90 sm-ə çatır. Yağan qar rayonda elektrik, su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmayıb. Gecə saatlarından etibarən rayondaxili və magistral yolların qardan təmizlənilməsinə başlanılıb. Bəzi dağlıq ərazilərdə nəqliyyatın hərəkətində bir qədər çətinlik yaşansa da, gün ərzində bu problem də aradan qaldırılıb. Dağlıq ərazilərə yolu düşən sürücülər isə olduqca ehtiyatlı olmalıdırlar.
Zaqatalada yağan qarın hündürlüyü 8-10 sm, dağlıq ərazilərdə isə 30-40 sm-ə çatıb. Yağan qar rayonda elektrik, su, qaz və rabitə sahəsində elə də ciddi problem yaratmayıb. Rayon daxili və magistral yollar qardan təmizlənib. Bəzi dağlıq ərazilərdə nəqliyyatın hərəkətində bir qədər çətinlik yaşansa da, gün ərzində problem aradan qaldırılıb.
Qəbələdə rayon mərkəzində qarın qalınlığı 25-30 sm, dağlıq kəndlərdə isə bu 35-50 sm-dən çox olub. Rayonda gecə saatlarından yolların qardan təmizlənməsinə start verilib. Rayonun Laza, Durca, Qəmərvan və bu kimi dağətəyi kənd yolları qardan təmizlənib./ARB/
MediaFax