Qalmaqallı erməni yenidən Bakıda peyda oldu: “As Salam Aleykum Azerbajdzjan!”

Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyan Bakıya növbəti dəfə səfər edib.

Bakı aeroportunda olan Avetyan Azərbaycanı öz dilimizdə salamlamağa çalışıb: "As Salam Aleykum Azerbajdzjan!"

Xatırladaq ki, İsveçdə yaşayan siyasi mühacir və Sarkisyan rejiminin tənqidçisi olan V.Avetyan sonuncu dəfə Bakıya oktyabrda gəlmişdi, həmin ayın 11-də Frankfurta qayıtmışdı.
 

Ötən gəlişi haqda verdiyi müsahibəsində "Buna ürəyin, ruhun səfəri demək olar" açıqlamasını verən Avetyanın budəfəki gəlişinin səbəbi məlm deyil.

Qeyd edək ki, Vahe Avetyan həmin müsahibəsində Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun olduğunu da bildirmişdi.

MediaFax