Qalmaqal salan erməni deputatın cavabı verildi - Video

Türkiyə parlamentində "erməni soyqırımı” məsələsi qalmaqala səbəb olub.

Qalmaqal Xalqların Demokratik Partiyasından olan erməni millət vəkili Qaro Paylanın çıxışı zamanı yaşanıb. Konstitusiya dəyişikliklərinin müzakirə edildiyi məqamda Paylan Osmanlı dönəmində ermənilərə qarşı "soyqırım” törədildiyini bildirib. Ermənilərin ayrı-seçkiliyə məruz qaldığını iddia edən Paylana qarşı parlamentdə sərt etirazlar səsləndirilib. Millət vəkilləri Paylanın çıxışını sona qədər davam etdirməsinə izn verməyiblər.

Çıxışa öncə Milliyətçi Hərəkat Partiyası, daha sonra isə Ədalət və İnkişaf Partiyası masalara vuraraq etiraz edib.

Bundan sonra parlamentin iclasına 10 dəqiqəlik fasilə verilib. Fasilədən sonra müzakirələr yenə davam edib. Paylanın mövqeyini AKP, MHP və CHP sərt tənqid edib. HDP isə digər partiyaları Paylanın danışmağına izn verməməkdə günahlandırıb. Daha sonra millət vəkilləri Paylanın parlamentin 3 iclasına buraxılmaması haqqında qərar qəbul ediblər.

Paylandan sonra çıxış edən MHP millət vəkili Yusif Halaçoğlu isə Paylanı sərt tənqid edib. O, "erməni soyqırımı” anlayışının olmadığını, ermənilərin hər dəfə bu müzakirələr gələrkən ortadan qaçdığını deyib. Halaçoğlu daha sonra tarixi faktlarla erməni millət vəkilinin bütün iddialarını darmadağın edib./axar.az/
 

MediaFax