Bakı Mühəndislik Universitetində yeni ixtisaslar yaradılacaq.
Bunu Təhsil Nazirliyinin sektor müdiri, Bakı Mühəndislik Universitetinin rektor əvəzi Sülhəddin Gözəlov deyib.
O bildirib ki, Qafqaz Universitetinin indiyə qədər mövcud ixtisaslar ilə yanaşı, Bakı Mühəndislik Universitetində ölkə iqtisadiyyatı üçün prioritet olan bir sıra yeni mühəndislik ixtisasları üzrə yeni kadr hazırlığının da aparılması nəzərdə tutulub.
"Bu ixtisaslar gələcəkdə açıqlanacaq. Eyni zamanda Qafqaz Universitetinin tələbləri öz ixtisasları üzrə təhsil dili saxlanılmaqla tədrislərini davam etdirəcəklər. Təhsil haqqı cari tədris ilində həmin ixtisaslar üçün əvvəlcədən müəyyən olunmuş miqdarda sabit olunaraq saxlanılacaq”.
S.Gözəlov qeyd edib ki, Qafqaz Univeristetinin təhsil, tədris infrastrukturu Bakı Mühəndislik Universitetinin tabeçiliyinə keçib. "Hazırda təhsil alan tələbələrinin tədris sənədlərinin, əvvəlki illərdə qəbul olunmuş, universiteti müəyyən səbəblərdən bitirməmiş, akademik məzuniyyət götürmüş, müxtəlif təqaüd proqramları çərçivəsində təhsil alan bütün tələbələrin tədris sənənlədirinin Qafqaz Universitetindən Bakı Mühəndislik Universitetinə təhvil verilməsi ilə bağlı işlər aparılır və qısa müddətdə bu tamamlanacaq”.
Rektor əvəzi bildirib ki, Qafqaz Universitetinin əvvəllər məzun olmuş və hal-hazırda Bakı Mühəndislik Universitetinin köçürülən bütün tələbələrinin gələcəkdə alacaqları diplomları Azərbaycan Respublikasında tanınacaq./qafqazinfo.az/