İstanbul Prokurorluğu Bakıdakı "Qafqaz" Universitetini terror ideyalarını yayan təşkilatların siyahısına daxil edib.
Virtualaz.org bildirir ki, bu barədə "Hurriyet” nəşri yazıb.
Xəbərdə deyilir ki, Türkiyə Prokurorluğu Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Rumıniya və başqa ölkələrdə fəaliyyət göstərən və Fətullah Gülənin terror təşkilatında iştirakı olan 17 təhsil müəssisəsinin siyahısını dərc edib.
Prokurorluğun məlumatlara görə, bu ali məktəblər Gülən hərəkatının ideyalarını və hədəflərini yayırlar.
MediaFax