“Qafqaz” universiteti ilə bağlı qalmaqallı məlumatlar yayıldı

"Qafqaz” universitetinə yeni rektor təyin edilmiş Havar Məmmədovun universitetin müəllimlərini və laborantlarını kütləvi şəkildə işdən çıxarması ilə bağlı məlumatlar yayılıb.

20-yə yaxın müəllimin işdən çıxarılmasına etiraz olaraq tələbələr sosial şəbəkədə həştəq yaradıblar. # Make Qafqaz Great Again həştəqi altında birləşən tələbələr müəllimlərinin işdən azad edilməsinə, "midterm” (viza) imtahanlarında edilən və fərdi fəaliyyət balı üçün rektor tərəfindən planlaşdırılan dəyişiklikləri etirazla qarşılayıblar.

Müəllimlərin işdən azad edilməsinə "Qafqaz” universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rzayev münasibət bildirib. R. Rzayev saytımıza açıqlamasında qeyd edib ki, universitetdə 20-yə yaxın müəllimin işdən çıxarılması ilə bağlı yayılan məlumat yalandır: "Universitetdən 2 müəllim öz ərizəsi ilə işdən ayrılıb. Adları dərc olunan 20-yə yaxın hazırda universitetimizdə işləyən müəllimlərdir. İstəsəniz, gəlib özünüz də onları işdə olması ilə tanış ola bilərsiniz”./qafqazinfo.az/

MediaFax