İsveçin qərbində yerləşən Vennersberq şəhərində, qaçqınların məskunlaşdığı böyük sığınacaqda yanğın baş verib.
Rusiya KİV-ləri xəbər verir ki, polisin məlumatına görə hadisə nəticəsində 20 qaçqın xəsarət alıb. Yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənməmək üçün özünü pəncərədən atıb. Yanğının qarşısı alınıb. Yerli polis orqanlarının verdiyi məlumata görə, hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın nəticəsində 10-20 nəfər tüstüdən zəhərlənib./aznews.az/
MediaFax