Putinin Obama ilə görüşü gözlənilir - Son dəfə

"Rusiya prezidenti Vladimir Putinin ABŞ dövlət başçısı Barak Obama ilə görüşü hələlik planlaşdırılmır”.
 
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
D.Peskov bildirib ki, prezidentlər noyabrın 19-20-də Peruda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində görüşə bilərlər.
 
O söyləyib ki, V.Putin və B.Obama bu tədbirdə birlikdə iştirak etsələr, onların bir-biri ilə ünsiyyət quracağını istisna etmək olmaz./modern.az/

MediaFax