Putinin əleyhinə olduğu məsələyə Tramp “hə” deyir

Tramp administrasiyası Rusiyanın bütün etirazlarına rəğmən, Monteneqronun NATO-ya üzvlüyünə dəstək verəcək.

Bu barədə informasiyanı "Vol Strit Jurnal” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet ABŞ-ın Monteneqroya formal dəstəyinin Trampın hakimiyyətə gəlməsindən sonra Moskva ilə Vaşinqton arasında ilk gərginliyə səbəb ola biləcəyini bildirib.

Qeyd edək ki, Rusiya dəfələrlə Monteneqronun NATO-ya daxil olmasının əleyhinə olduğunu bəyan edib. Moskva, ümumiyyətlə, NATO-nun şərqə doğru genişlənməsinin əleyhdarı olduğunu söyləyib.

Yuqoslaviya dağıldıqdan sonra Moskva Balkanlarda, demək olar ki, bütün təsirini itirib. Moskvanın yeganə təsir edə biləcəyi ölkələr Serbiya, Bosniya və Hersoqovinanın tərkibindəki Serb Respublikası, Kosovo, Montoneqro və Xorvatiyadakı serb icmalarıdır./axar.az/

MediaFax