Putin Trampla görüşə hazırdır - Açıqlama

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni prezidenti Donald Trampla görüşməyə hazırdır.

Bu barədə V. Putinin mətbuat katibi Dmitri Peskov BBC-yə bildirib.

D.Peskovun qənaətinə görə, görüşün təşkili üçün bir neçə ay vaxt lazımdır.

"Bu görüş qarşıdan gələn həftələrdə olmayacaq. Gəlin ümid edək ki, görüş yaxın aylar ərzində baş tutacaq. Şübhəm yoxdur ki, Putin bu görüşə hazır olacaq”./virtualaz.org/

MediaFax