Putin o qadını bağışladı - Foto

Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi texnikası haqqında gürcü tanışına SMS mesajı göndərdiyi üçün dövlətə xəyanətdə ittiham olunan Oksana Sevastidini əfv edib.

"RİA-Novosti” agentliyi xəbər verir ki, fərman rəsmi internet portalında dərc edilib.

Putin 2016-cı ilin dekabrında keçirilən böyük mətbuat konfransı zamanı Sevastidi ilə bağlı məhkəmə hökmünü "kifayət qədər sərt” adlandırmışdı. Dövlət başçısı işin detalları ilə tanış olacağına söz vermişdi.
 
 

Rusiya vətəndaşı Oksana Sevastidi dövlətə xəyanət ittihamı ilə 2015-ci ildə saxlanılıb və 2016-cı ilin martında 7 il müddətinə həbs cəzası alıb. O, 2008-ci ildə, Cənubi Osetiya ətrafında avqust müharibəsindən bir qədər əvvəl Gürcüstandakı tanışına bir neçə SMS göndərib. Oksana ona yazıb ki, Soçidə hərbi texnika daşıyan qatar görüb və onda olan məlumata görə, qatar Abxaziyaya gedir./publika.az/

MediaFax