Rusiya prezidenti Vladimir Putin sabah Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşmək üçün Astanaya gedəcək.
"RİA Novosti” xəbər verir ki, görüşdə məqsəd Avrasiya İqtisadi İttifaqı çərçivəsində qarşılıqlı əlaqələri müzakirə etməkdir.
Görüş bitdikdən sonra iki ölkənin liderləri Rusiya-Qazaxıstan biznes-forumunun işində iştirak edəcəklər./virtualaz.org/
MediaFax