Rusiya prezidenti Vladimir Putin müzakirələrə səbəb olan açıqlama verib.
AzNews.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Rusiya prezidenti müsahibəsində gələcək liderin gənc biri olmalı olduğunu düşündüyünü dilə gətirib: "Gələcək lider kifayət qədər gənc, lakin yetkin insan olmalıdır”.
Putin gələcək prezident seçkilərində iştirak edib-etməməyə dair hələ ki qərar vermədiyini bildirib: "Mən hələ ki özüm üçün qərar verməmişəm. Sentyabrda parlament seçkiləri olacaq. Hələ bundan sonra da 2 il vaxtımız var. Ona görə də prezident seçkiləri barədə danışmaq üçün tezdir. Bilirsiniz, müasir, tez dəyişən dünyada bu haqda danışmaq sadəcə ziyandır. Çalışmaq, qarşımıza qoyduğumuz plan və tapşırıqların reallaşmasına, ölkənin müdafiə qabiliyyətinin artırılması, iqtisadiyyatın, sosial sahənin inkişafı, insanların həyat səviyyəsinin yüksəldilməsinə nail olmaq lazımdır. Bu məsələlərin həllindən asılı olaraq, 2018-ci ildə prezident seçkiləri kampaniyasını təşkil etmək, və orada kimin iştirak edəcəyinə baxmaq olar”.
MediaFax