Rusiya Şimali Koreyaya istənilən cür silahın tədarükünü qadağan edib.
Bu barədə sərəncamı Rusiya prezidenti Vladimir Putin imzalayıb. Əmrə əsasən, Pxenyana həmçinin nüvə və raket proqramlarının reallaşdırılmasında istifadə ediləcək materiallar və texnologiyaların ötürülməsi də qadağan olunub.
Qeyd edək ki, Şimali Koreya bir müddət öncə nüvə sınaqlarına start verib. Pxenyanın bu addımını Rusiya, ABŞ və Avropa ölkələri kəskin tənqid edib./axar.az/
MediaFax