Putin çıxış edir, Medvedev yatır - Foto

Rusiya prezidenti Vladimir Putinin Federal məclis qarşısında çıxışı zamanı yuxuya gedən rəsmilərin fotoları sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. 

Rusiyanın Baş naziri Dmitri Medvedev və Federasiya Şurasının sədri Valentina Matvienko ölkə prezidentinin çıxışı zamanı yuxulayıblar. Sözügedən foto çəkilərkən dövlət rəsmilərinin təsadüfən gözüyumulu düşməsi və ya həqiqətən yuxulaması müzakirə olunub. 

Bir sıra rəsmilər "yuxuladığı” zaman prezident adminstrasiyasının rəhbəri Anton Vayno oyaq qalıb. Bu isə istifadəçilərin Putinin kadrları gəncləşdirməkdə haqlı olması qənaətinə səbəb olub. 

Baş nazir Dmitri Medvedevin dövlət əhəmiyyətli tədbirlərdə yuxuya getməsi artıq adi hala çevrilib. Sosial şəbəkə istifadəçiləri Medvedevin bir sıra şəkillərini yanaşı qoyaraq bunun səbəbini aydınlaşdırmağa çalışıblar. Məlum olub ki, Medvedev daha çox Matvienkonun yanında əyləşdiyi zaman yuxulayır./aznews.az/

MediaFax