"Aylıq müavinətlərindən imtina edən şəxslərə verilən pullar imkansız məcburi köçkün ailələrinə verilsin.”
Bunu saytımıza açıqlamasında Xalq artisti, tanınmış muğam ifaçısı Mənsum İbrahimov 300-dən çox məcburi köçkünün aylıq müavinətdən könüllü olaraq imtina etməsinə münasibətində deyib. O, məcburi köçkün olmadığını desə də, məsələyə münasibətinin yaxşı olduğunu bildirib: "Təbii ki, kimin yaşayış səviyyəsi yaxşıdırsa, özünə şərait qurubsa, ev-eşiyi varsa, yəni həmin müavinətə ehtiyacı qalmır. Müəyyən iş adamları, məmurlar var ki, onlar yaxşı işlə təmin olunublar. Könüllülərin hesabına başqa imkansız şəxslərə dövlətimiz tərəfindən əl tutulur. Bunun nəyi pisdir?”
Mənsum İbrahimov məcburi köçkünlərin aylıq müavinətdən könüllü olaraq imtina etməsini dəstəkləyir: "Deməli, imkanı yaxşıdır ki, dövlətin ona verdiyi müavinətdən imtina edir.”/aznews.az/
MediaFax