Prodüser futbol şərhçisi oldu

Tanınmış prodüser Pərviz Əsgərov İdman Azərbaycan TV-də futbol şərhçisi kimi fəaliyyət göstərəcək.

O, ilk dəfə canlı efirə bu həftənin şənbə günü çıxacaq.

Əsgərov Sevda Yəhyayeva və Murad Ariflə əməkdaşlıq edəcəyini söyləyib:

"Liverpul-Totenhem oyununu həmkarım Nurlanla şərh edəcəyik. 1 ay müddətində bu peşəni daha yaxşı bilmək üçün bu kanalda təcrübə keçdim. Məsuliyyətli olmaq üçün belə bir addım atdım. Həftədə bir dəfə canlı efirə çıxacam. Mənə etimad göstərən kanalın direktoru Elsever Dunyamaliyev təşəkkür edirəm.

Sevda Yəhyayeva və Murad Ariflə işbirliyim davam edəcək. Hami məni futbol azakeşi kimi tanıyır. Sevda Yəhyayevanın Ruslan Abışovla bağlı layihələlərinin müəllifi özüməm. Futbola olan marağımı şou-biznesdə vurğulamağa çalışmışam. İndi isə özümü şərhçi kimi sınayacam”./qafqazinfo.az/

MediaFax