Prezidentin gizli sənədləri oğurlanıbmış...

Fransanın ölkə başçısı Fransua Ollandın 3 il əvvəl verdiyi müsahibə başına bəla ola bilər.

2013-cü ildə "Le Monde” nəşrinin iki jurnalistinin prezidentdən aldığı müsahibə ölkədə qalmaqala səbəb olub. Belə ki, jurnalistlər Ollandla müsahibədən sonra yazdıqları məqalədə milli təhlükəsizlik qaydalarını pozuublar.

İddiaya görə, hər iki jurnalist həmin gizli sənədləri Obama ilə görüşdən əvvəl müsahibə verən Ollandın masasından götürüblər. Həmin gizli sənədlərin dərc edilməsi nəticəsində 2013-cü ildə Fransanın Suriyaya qarşı planlaşdırdığı hava hücumu barədə məlumatlar üzə çıxıb. Paris prokurorluğu bunu əsas gətirərək hər iki jurnalist barəsində cinayət işi açıb. Fransız mediası açılan cinayət işinin növbəti prezident seçkilərində namizəd olmaq istəyən Fransua Ollanda problemlər yaradacığını düşünür./qafqazinfo.az/

MediaFax