14:16
Bir müddət əvvəl Türkiyənin MHP-dən millət vəkilliyinə namizədliyini irəli sürən Mehmet Aslan Reina terroru zamanı "Twitter” sosial şəbəkəsində yazdığı statusdan sonra həbs edilib.
Aktyor Mehmet Aslan haqqında "Prezidenti təhqiretmə” maddəsi ilə cinayət işi açılıb. Hazırda İstanbul Emniyet Müdürlüğündə saxlanılan Mehmet Aslanın yaxın saatlarda dindirilməyə aparılacağı gözlənilir.
Yeni il gecəsi İstanbulun Reina gecə klubunda baş verən terror hadisəsindən sonra aktyor Mehmet Aslan sosial şəbəkədə yazdığı: "Tayyib yatacaq yerin yoxdur, bu ərəb terrorçularını içimizə doldurdun, Türkləri öldürtdürdün” statusunu bir müddət sonra pozmuşdu.
-----------
19:05
Türkiyənin MHP-dən millət vəkilliyinə namizədliyini irəli sürən məşhur türk aktyoru Mehmet Aslan Reina terroru zamanı "Twitter”də yazdığı statusa görə nəzarətə götürülüb.
Hurriyet xəbər verir ki, prokurorluq tərəfindən sərbəst buraxılan Aslan ifadəsində tviti sürücüsünün yazdığını bildirib.
Qeyd edək ki, Yeni il gecəsi İstanbulun Reina gecə klubunda baş verən terror hadisəsindən sonra aktyor Mehmet Aslan sosial şəbəkədə yazdığı: "Tayyib yatacaq yerin yoxdur, bu ərəb terrorçularını içimizə doldurdun, Türkləri öldürtdürdün” statusunu bir müddət sonra pozmuşdu./aznews.az/